“Qarabağ” yunanları Bakıda da “sındıracaq” – PROQNOZ
11.10.2022 - 14:14
“Qarabağ” yunanları Bakıda da “sındıracaq” – PROQNOZ

Oktyabrın 13-də Avropa Liqasının qrup mərhələsində II dövrəyə start veriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” IV turda “Olimpiakos”u qonaq edəcək.

Bakıdakı görüş proqnozsevərlərin də diqqət mərkəzindədir. Futbol eksperti Sergey Skripniçenko qarşılaşmaya proqnoz verib:

“Qarabağ” öz qabiliyyətini avrokuboklarda isbatlamaqda davam edir. Oturuşmuş, güclü heyətə malik komandada yetərincə təcrübə də var. Doğma divarlar da əlavə üstünlükdür.

“Frayburq”a birinci turdakı məğlubiyyətdən sonra azərbaycanlıların işləri əla gedir. Onlar “Nant”la “Olimpiaskos”un öhdəsindən inamla gəldilər.

Yunanıstan çempionunun süqutu sürpriz oldu. Yaxşısı budur ki, “Olimpiakos”dan dirçəliş gözləməyək. Qlobal islahatlar, zədəlilərin çoxluğu, bərbad formada olmaqları...

Hər şey ondan xəbər verir ki, yunanlar Bakıda da “sındırılacaq”. Ola bilsin ki, hesab o qədər inamlı olmayacaq. Amma oyuna görə qonaqların “Qarabağ”a qarşı qoymağa heç nəyi yoxdur.

“Olimpiakos”u ardıcıl 4-cü məğlubiyyət və Avropa Liqası ilə vida gözləyir. Üstünlük verdiyim “Qarabağ”ın qələbəsinin 1,86 əmsalla dəyərləndirilir.

Proqnozum: 1
 

writer photo
Əlirza Əlirzalı
0