Messi qəza vəziyyətinə düşdü
15.07.2023 - 15:48
Messi qəza vəziyyətinə düşdü

Lionel Messi xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin və “İnter Mayami”nin hücumçusu son anda qəzadan qurtulub.

Hadisə Mayamidə baş verib. Polisin müşayiəti ilə hərəkət edən Messinin avtomobili qırmızı işıqda yolu keçib. Yolayrıcında qəza vəziyyəti yaranıb. Lakin digər avtomobillərin dərhal sürəti azaltması qəzanı əngəlləyib.

Qeyd edək ki, Messinin avtomobilinin sükanı arxasında özünün olub-olmadığı açıqlanmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0