İsko: “Real”dan daha tez ayrılmalı idim”
19.10.2023 - 15:38
“Betis”in futbolçusu İskonun hazırkı klubundakı durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bunu ispaniyalı futbolçunun özü açıqlayıb.
“Betis”in əsas oyunçusu hazırda olduğu klubdan məmnunluğunu bildirib: “Burada çox xoşbəxtəm. 31 yaşım var, karyeramı tez sonlandırmaq fikrində deyiləm. Hətta “Real”dan daha tez ayrılıb bura gəlməli idim”.
Qeyd edək ki, təcrübəli vinqer bu mövsüm “Betis”in heyətində çıxdığı 9 matçda 1 qol vurub.
0
0