"Yuventus"da yeni futbolçu
23.01.2024 - 09:17
"Yuventus"da yeni futbolçu

“Yuventus” heyətini gücləndirib.

Apasport.az xəbər verir ki, A seriyası təmsilçisi "Lill"dən müdafiəçi Tiaqo Calonu transfer edib.

Turin klubu 23 yaşlı futbolçunun keçidinə görə fransızlara 3,6 milyon avro ödəyəcək. Müqaviləyə əsasən, portuqaliyalı futbolçunun komandadakı çıxışına görə qarşı tərəf daha 2,6 milyon avroya sahib ola bilər. Mərkəz müdafiəçisi “qoca sinyora” ilə 2026-cı ildə bitəcək sövdələşmə imzalayıb.

Qeyd edək ki, karyerası ərzində 137 rəsmi matç keçirən Calo 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0