PSJ-nin Ekitike planı
22.08.2023 - 17:32
PSJ-nin Ekitike planı

PSJ-nin futbolçusu Uqo Ekitike ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi hücumçusunu “Vest Hem”ə icarəyə vermək istəyir.

21 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlar yekun mərhələsindədir. İcarə müqaviləsində oyunçunun sonradan 35 milyon avroya transfer etmək hüququ da yer alacaq.

Qeyd edək ki, Ekitikenin PSJ ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0