“Qarabağ”a 3 variant
14.06.2022 - 21:38
“Qarabağ”a 3 variant

Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatması ərəfəsində UEFA komandaları və cütləri qruplara bölüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqiblərinin sayı 5-ə enib.

Ağdam klubunun Polşa “Lex”i ilə cütü A qrupunda səpələnmişlərdəndir. Bu cütlükdə qalib komanda üçün 3 variant var.

Bunlardan ikisi cüt, biri ilk raunddan azad olan klubdur:
“Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan)
“Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq)
“Sürix” (İsveçrə)

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0