Millimizin kapitanı kubok qazandı
02.10.2023 - 15:03
Millimizin kapitanı kubok qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, voleybolçumuz klub mövsümündə ilk kuboka sahib çıxıb.

Blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq yarışın qalibi olub. Voleybolçumuzun komandası Polşada keçirilən "Amica Cup 2023" turnirində bütün görüşlərdə qələbə qazanıb.

Ayşən və komandası Polşa "Volley Vroslav"ını 3:1, Almaniya "Dresdner"ini 3:2 və Çexiya "Dukla Liberets"ini 3:2 hesabları ilə məğlub edərək kuboka yiyələnib.

Qeyd edək ki, oktyabrın 1-də baş tutan son oyunda Ayşənə istirahət verilsə də, komandası 0:2 hesabı ilə geri düşdüyündən kapitan meydana çıxıb. Bundan sonra Macarıstan təmsilçisi geri dönüş edə bilib - 3:2. Ayşən oynadığı 3 set ərzində 8 xal qazanıb.

writer photo
Əlirza Əlirzalı
0