“Qrasshoppers” Renatla yeni müqavilə bağladı
06.09.2023 - 00:12
“Qrasshoppers” Renatla yeni müqavilə bağladı

Renat Dadaşov karyerasını “Hatayspor”da davam etdirəcək.

Apasport.az-ın məlumatına görə, yığmamızın üzvü icarə əsasında Türkiyə klubunda oynayacaq.

“Qrasshoppers” icarəyə verməzdən əvvəl Renatla yeni müqavilə imzalayıb. Tərəflər arasında 2023/24 mövsümün sonunda bitəcək razılaşma bir il müddətinə artırılıb.

Qeyd edək ki, Dadaşov 2020-i ildən İsveçrə klubunda çıxış edir. O, komandanın heyətində 40 oyunda 10 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0