PSJ-dən Ramosa təklif
24.10.2022 - 22:51
PSJ-dən Ramosa təklif

PSJ futbolçusu Serxio Ramosla müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Fransa klubu ispaniyalı müdafiəçiyə yeni anlaşma təklif edəcək.

Parislilər 36 yaşlı arxa xətt oyunçusunu daha bir il heyətində saxlamağı planlaşdırır. Müqaviləsi mövsümün sonunda başa çatacaq Ramos təklifi qəbul etsə, 2024-cü ilin yayına qədər PSJ-də qalacaq.

Qeyd edək ki, Serxio cari mövsümün 15 oyununda 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0