"Atletiko Madrid" Qrizmanın gələcəyi ilə bağlı qərar verib
23.05.2024 - 11:16
La Liqa təmsilçilərindən "Atletiko Madrid" hücumçusu Antuan Qrizmanın gələcəyi ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi fransız forvardla əməkdaşlığı genişləndirmək qərarına gəlib. Tərəflər müqavilənin yekun detallarını müzakirə edirlər.
Qrizman və "Atletiko" arasındakı hazırkı müqavilə 2026-cı ilə qədərdir. Antuan Səudiyyə Ərəbistanından gələn təkliflərdən imtina edib.
Cari mövsümdə hücumçu "matrasçılar"ın heyətində 47 matçda iştirak edib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.
0
0