"Qarabağ"dan darmadağın - YENİLƏNİB
29.09.2023 - 21:54
"Qarabağ"dan darmadağın - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında VIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir oyun baş tutub.

Son çempion “Qarabağ” öz meydanında “Sumqayıt”la qarşılaşıb və böyükhesablı qələbə qazanıb. Birinci hissədə rəqib qapısından 4 top keçirən son çempion, demək olar ki, görüşün taleyini həll edib. Görüş baş məşqçilərsiz keçirilməsi ilə yadda qalıb. Belə ki, komandaların hər ikisinin çalışdırıcısı cəzalı durumda olub. Qurban Qurbanov ötən tur qırmızı vərəqə alıbsa, Samir Abasovun 5 oyunluq cəzası davam edir.

Qeyd edək ki, tura oktyabrın 1-də yekun vurulacaq.

Misli Premyer Liqası
VIII tur
29 sentyabr (cümə)
20:00. “Qarabağ” – “Sumqayıt” - 5:0
Qollar: 
Olavio Juninyo, 22; 27.  Toral Bayramov, 42 (pen.). Patrik Andrade, 44. Abdullah Zubir, 49
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 6. Julio Romao
Məşqçi: Elçin Rəhmanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 71. Masaki Murata
Məşqçi: Seymur Rəhimov
“Azersun Arena”

N Klublar O Q H M T-F X
1 Zirə 7 5 1 1 7-3 16
2 Qarabağ 8 5 1 2 16-6 16
3 Səbail 7 4 1 2 12-9 13
4 Turan Tovuz 7 3 2 2 11-8 11
5 Araz-Naxçıvan 7 3 1 3 7-8 10
6 Neftçi 7 2 3 2 6-5 9
7 Sumqayıt 7 2 2 3 7-10 8
8 Sabah 6 1 2 3 8-9 5
9 Kəpəz 7 1 2 4 5-11 5
10 Qəbələ 7 1 1 5 5-15 4

Bombardir: Olavio Juninyo ("Qarabağ") - 5 qol, Aleksandr Ramalinqom ("Səbail") - 4 qol

writer photo
Əlirza Əlirzalı
0