"Qarabağ"ın "Ludoqorets"lə oyununa 28 min bilet satılıb - YENİLƏNİB
06.08.2024 - 16:37
"Qarabağ"ın "Ludoqorets"lə oyununa 28 min bilet satılıb - YENİLƏNİB

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 28 min bilet satılıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

writer photo
Əlirza Əlirzalı
0