“Qarabağ”ın mümkün rəqibi dəqiqləşdi
21.06.2023 - 14:10
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi dəqiqləşib.
I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə görüşəcək Qurban Qurbanovun yetirmələri bu mərhələni keçsə, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə iləqarşılaşacaq. “Linkoln” – “Qarabağ” duelinin güclüsü ilk matçı səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək. I təsnifat mərhələsi isə iyulun 11-12-də və 18-19-da baş tutacaq.
0
0