“Qarabağ”ın rəqibi Bundesliqada lider oldu
02.09.2023 - 20:18
“Qarabağ”ın rəqibi Bundesliqada lider oldu

Almaniya Bundesliqasının 3-cü turunun oyunları keçirilir.

Apasport.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi qələbə qazanıb.

Leverkuzen “Bayer”i öz meydanında “Darmstadt”ı qəbul edib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb Xabi Alonsonun yetirmələri rəqib qapısından 5 top keçiriblər. Qonaqlar bu toplardan yalnız birinin əvəzini çıxa biliblər. “Bayer” üç görüşdən sonra maksimum nəticə ilə lider mövqeyində qərarlaşıb.

“Ştutqart” və “Verder” turu inamlı qələbələrlə başa vurublar. Onlar, müvafiq olaraq, “Frayburq”un qapısından 5, “Maynts”ın isə 4 cavabsız top keçiriblər.

Almaniya Bundesliqası
3-cü tur
2 sentyabr

“Bayer” L – “Darmstadt” – 5:1
“Ausqburq” – “Bohum” – 2:2
“Hoffenhaym” – “Volfsburq” – 2:1
“Verder” – “Maynts” – 4:0
“Ştutqart” – “Frayburq” – 5:0
“Borussiya” M – “Bavariya” – 1:2

 

writer photo
Əlirza Əlirzalı
0