"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi oldu
07.07.2024 - 20:47
"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirin qalibi oldu

"Qarabağ"ın 16 yaşadək uşaqlardan ibarət komandası “Tallinn Cup” turnirinin qalibi olub. 

Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Estoniyada beynəlxalq turnirdəki son oyununda yerli “Trans Narva” ilə mübarizə aparıb və 2:0 hesabı ilə qalib gəlib. Rəqib qapısına Sahib Əliyev və Fərhad Abbasov yol tapıb.

Turnirdə 6 oyunun hamısında qazanan U-16 yarışın qalibi olub. Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb. Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü yeri tutub.

Qeyd edək ki, komanda bunadək “Auda”nı (Latviya) 4:1, “Hasselbi”ni (İsveç) 4:0, “NF Academy”ni (Estoniya) 2:1, “Jarlaberqs”i 3:2, “Olimp”i (Estoniya) 4:1 hesabı ilə məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0