“Qarabağ”la “Neftçi”nin dünya reytinqindəki mövqeyi açıqlandı
12.08.2023 - 10:06
“Qarabağ”la “Neftçi”nin dünya reytinqindəki mövqeyi açıqlandı

İFFHS klubların dünya reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycanın üç klubu yer alıb.

135 xala malik “Qarabağ” dünyanın 79-cusudur. Qurban Qurbanovun komandası 5 addım geriləyib.

“Neftçi” 64,75 xalla 298-ci sırada yer alıb. Adrian Mutunun yetirmələri 7 pillə geriləyib.

60,5 xala malik “Sabah” 337-cidir. Murad Musayevin komandası 60 addımlıq sıçrayışa nail olub.

Qeyd edək ki, siyahıya 315 xalı olan “Real” başçılıq edir.
 

writer photo
Əlirza Əlirzalı
0