“Qəbələ” növbəti transferlərə hazırlaşır - ÖZƏL
14.09.2024 - 13:55
“Qəbələ” növbəti transferlərə hazırlaşır - ÖZƏL

I Liqa təmsilçisi “Qəbələ” heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

Klubdan apasport.az-a verilən məlumata görə, “qırmızı-qaralar” transfer işlərini yekunlaşdırmayıb. 

Hazırda “Qəbələ”nin düşərgəsində baxışda olan bir neçə legioner futbolçu var. Hələ ki, onlar arasında seçim aparılır. Oyunçularla bağlı qərar yaxın günlərdə veriləcək.

Transfer gerçəkləşsə, klub tərəfindən ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “Qəbələ” I Liqada 1 xalla 5-ci pillədə qərarlaşıb.

İsmayıl Xeyrullayev

writer photo
Əlirza Əlirzalı
0