“Qəbələ”nin rəqibində ayrılıq
29.06.2022 - 09:43
“Qəbələ”nin rəqibində ayrılıq

“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu dəfə hücumçu Nemanya Nikoliç Macarıstan təmsilçisi ilə vidalaşıb.

“Fehervar”ın aparıcı oyunçularından olan 35 yaşlı forvard rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. Macarıstan millisinin sabiq üzvü yenidən legioner həyatı yaşamaq istədiyindən, “Fehervar”ı tərk edib. O, hazırda bir neçə xarici klubla danışıq aparır. Nikoliç son mövsümündə ümumilikdə 36 oyunda 14 qol vurub.

Qeyd edək ki, “Qəbələ” ilə “Fehervar” arasında ilk oyun iyulun 21-də Qəbələdə, cavab matçı isə bir həftə sonra səfərdə olacaq.

writer photo
Əlirza Əlirzalı
0