Xorvatiya çempionu Çempionlar Liqasının II təsnifət mərhələsinin cavab matçında qələbə qazanıb.
Apasport.az saytı xəbər verir ki, Zarqeb “Dinamo”su səfərdə “Astana”ya qalib gəlib.
2:0 hesabı ilə yekunlaşan oyunda ilk qolu Mahir Emrelinin vurduğu qeydə alınıb. Yığmamızın üzvü qarşılaşmanın 24-cü dəqiqəsində qarışıqlıq zamanı topu qapıdan keçirib. Amma oyun bitdikdən sonra topa rəqib müdafiəçi Maroçkinin toxunduğu müəyyənləşib. Öz meydanında 4:0 hesabı ilə qalib gələn “Dinamo” III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Burada onun rəqibi Yunanıstan çempionu AEK olacaq.
Qeyd edək ki, Mahir üç gün əvvəl Xorvatiya çempionatında bir qol və bir ötürmə ilə yadda qalmışdı.
Qol Mahirə sayılmadı – ÇL-də
02.08.2023 - 20:05
0
0