“Barselona”nın Alvares planı
18.10.2023 - 15:49
“Barselona”nın Alvares planı

“Barselona” argentinalı hücumçu Xulian Alvaresi transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Xavi Ernandes oyunçunun transferində çox maraqlıdır. 

La Liqa təmsilçisində maliyyə problemləri qalmaqdadır. Buna baxmayaraq, ispan mütəxəssis futbolçunun gələcəkdə Robert Levandosvskini əvəzləyə biləcəyinə əmindir.

Qeyd edək ki, hazırda “Mançester Siti”də çıxış edən forvardın müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0