“Neftçi”nin “Zarya” və Panama millisinin hücumçusu Eduardo Querrero ilə maraqlanması haqda xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, böyük ehtimalla bu keçid 2024/2024 mövsümündə baş tutmayacaq.
“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqoruk Ukraynadan tanıdığı panamalını sərəncamında görmək istəyirdi.
24 yaşlı hücumçu “Zarya”da qalacaq. Ukrayna klubu onu satacağı təqdirdə yüksək təzminat tələb edəcək və azad agent kimi gedişinə icazə verməyəcək.
Qeyd edək ki, “Makkabi”(Tel-Əviv), “Beytar”, “Hapoel”(Yerusalem) klublarında oynamış Querrero “Zarya”ya 2023-cü ildə keçib.