Qurban Qurbanov: “Ən böyük təcrübəm “Barselona”da oldu”
24.10.2022 - 16:12
Qurban Qurbanov: “Ən böyük təcrübəm “Barselona”da oldu”

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ”la bağlı reportaj hazırlayıb.

Apasport.az saytının məlumatına görə, təxminən 8 dəqiqəlik video-reportajda baş məşqçi Qurban Qurbanovun fikirlərinə yer verilib.

Komandanın uğurlarından bəhs edilən sujetdə Ağdam klubunun çalışdırıcısı vaxtilə təcrübə üçün “Barselona”nın düşərgəsinə yollanmasını xüsusi vurğulayıb: “Ən böyük təcrübəm “Barselona”nın akademiyasında olduğum müddətə düşdü. Mükəmməl iş qurulmuşdu. “Qarabağ” da klub olaraq çox böyüyüb. Həm Çempionlar Liqasının, həm Avropa Liqasının, həm də Konfrans Liqasının qrupunda olmağımız böyük təcrübədir”.

Qeyd edək ki, hazırda Avropa Liqasının G qrupunda yer alan “Qarabağ” son iki tur qalmış 7 xalla ikinci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0