Yeganə qol "Sumqayıt"a qələbə üçün kifayət etdi - YENİLƏNİR
25.10.2023 - 20:34
Yeganə qol "Sumqayıt"a qələbə üçün kifayət etdi - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında daha bir oyun keçirilib.

Apasport.az xəbər verir ki, II turdan təxirə salınan matçda “Sumqayıt”la “Sabah” üz-üzə gəlib.

Dörd gün əvvəl X turda qarşılaşan komandalar bu dəfə Sumqayıtda münasibətlərini ayırd ediblər. "Sabah"ın meydanında keçiriən qarşılaşmada erkən qol vuran "Sumqayıt" doğma azarkeşlər qarşısında da buna nail olub. Amma Samir Abbasovun yetirmələri bu dəfə qələbə hesabını qoruya biliblər. 4-cü dəqiqədə vurulan qol matçda yeganə olub. Bu qələbə "Sumqayıt"ı 6-cı pilləyə  yüksəldib.

Qeyd edək ki, komandaların II dövrədəki oyununda “Sabah” 3:1 hesablı qələbə qazanıb.

Misli Premyer Liqası
II turdan təxirə salınan oyun
25 oktyabr (çərşənbə)
18:30. “Sumqayıt” – “Sabah” - 1:0
Qol: 
Kamran Aliev, 4
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris 
Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Alekperov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
Baş hakim: Rəşad Əhmədov
"Kapital Bank Arena"

N Klublar O Q H M T-F X
1 Zirə 10 6 2 2 9-5 20
2 Qarabağ 10 6 2 2 20-8 20
3 Səbail 10 5 2 3 17-15 17
4 Araz-Naxçıvan 10 5 2 3 13-10 17
5 Neftçi 10 4 3 3 11-9 15
6 Sumqayıt 10 4 2 4 10-13 14
7 Turan Tovuz 10 3 3 4 14-13 12
8 Sabah 10 2 4 4 14-14 10
9 Qəbələ 10 2 1 7 7-20 7
10 Kəpəz 10 1 3 6 5-13 6

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 7 qol, Aleksandr Ramalinqom ("Səbail") - 5 qol

writer photo
Əlirza Əlirzalı
0