Qurban Qurbanov: "Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar"
23.07.2024 - 22:53
Qurban Qurbanov: "Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar"

"Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq".

Apasport.az xəbər verir ki, bunu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Linkoln”a qalib gələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Cəbəllütariqdə qazanılan 2:0 hesablı qələbəni şərh edib: “Futbolçularımı təbrik edirəm. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0