"Barselona"nın hücumçusu Almaniya yolunda
31.12.2023 - 11:28
"Barselona"nın hücumçusu Almaniya yolunda

Daha bir futbolçu “Barselona”nı tərk edir.

Apasport.az xəbər verir ki, Kataloniya klubunun  
perspektivli hücumçusu Anxel Alarkon “Leypsiq”in diqqət mərkəzindədir.

Almaniya təmsilçisi 19 yaşlı istedadlı futbolçunu yanvarda heyətə cəlb etməyi planlaşdırır.
“Mançester Yunayted”in də maraq dairəsində olan forvardın La Liqa klubu ilə razılaşması 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, bu mövsüm “Barselona”nın əvəzedici komandası ilə 7 matçda iştirak edən Alarkon rəqib qapılarından 2 top keçirib. 
 

writer photo
Əlirza Əlirzalı
0