Qurban Qurbanov: “Rahat olmalı deyilik ki, hər şey alınır”
18.09.2022 - 22:32
Qurban Qurbanov: “Rahat olmalı deyilik ki, hər şey alınır”

“Maraqlı oyun oldu. Bol qollu matç alındı”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Misli Premyer Liqasının VII turunun “Zirə” ilə oyunundan sonra fikirlərini “CBC Sport”a açıqlayıb: “Dinamik, sürətli qarşılaşma keçdi. Hətta məğlub olurduq. İkinci hissə hücumlarımız uğurlu alındı. Dərhal iki qol vurduq. Bundan sonra rəqib oyununu itirdi. Vacib üç xal qazandıq. Heyətdə az şans qazananlar özünü yaxşı göstərdi. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram”.

Qurbanov poker müəllifi olan Musa Qurbanlıdan da danışıb: “Qarşıdakı günlərdən asılıdır. Qol vurmaq tam hazır olmaq demək deyil. Hər turnirin vacibliyi çox önəmlidir. Rotasiyalar çox uğurlu alınır. Belə davam etməsinə məşqçi kimi sevinirik. Bu qollar ona inam verməlidir. Amma rahat olmalı deyilik ki, hər şey alınır”.

Qeyd edək ki, “Zirə” – “Qarabağ” oyunu qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0