Ronaldo “Bavariya”nı arzulasa da...
26.07.2022 - 13:34
Ronaldo “Bavariya”nı arzulasa da...

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo komandaya qayıtmamaqda qərarlıdır.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin kapitanı keçmək istədiyi komandanı da müəyyənləşdirib.

37 yaşlı superulduz karyerasını “Bavariya”da davam etdirmək niyyətindədir. Dünən Mançesterə yollanan futbolçu “qırmızı şeytanlar”ın rəhbərliyi ilə gələcək karyerasını müzakirə edəcək. İngiltərə klubu onu icarəyə vermək variantını istisna etmir.

Ancaq “Bavariya” bu keçiddə maraqlı deyil. Almaniya klubu yaşının çoxluğunu və maliyyə şərtlərini əsas gətirərək, CR7-ni heyətinə qatmaq fikrindən uzaqdır.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0