Qurbanovla Regekampf “Top-250”də
07.11.2022 - 13:03
Qurbanovla Regekampf “Top-250”də

Dünyanın ən yaxşı baş məşqçilərinin noyabr ayı üçün ilk reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov siyahısının ilk yarısında qərarlaşıb.

“250-lik”də yer alan mütəxəssislərin mövqeyi və xalı dəyişməz qalıb. Siyahıda yeganə azərbaycanlı olan Qurbanov 1595 xalla 210-cu pillədə qalıb. “Neftçi”nin rumıniyalı çalışdırıcısı isə 1627 xalla 177-cidir. 
 
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.

writer photo
Əlirza Əlirzalı
0