Rahil Məmmədovun yeni klubu müəyyənləşib
18.07.2024 - 00:11
Rahil Məmmədovun yeni klubu müəyyənləşib

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu dəqiqləşib.

Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın yüksək liqa təmsilçisi "Radomyak"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rahillə 2 illik müqavilə imzalanıb.

"Radomyak" ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.

Qeyd edək ki. R.Məmmədov bundan əvvəl də Polşada çıxış edirdi. Bu ilin yanvarında "LKS Lodz"a keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0