Paris 2024: Üzgüçümüz mübarizəni dayandırıb - YENİLƏNİB
03.08.2024 - 13:29
Paris 2024: Üzgüçümüz mübarizəni dayandırıb - YENİLƏNİB

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir. 

Apasport.az-ın məlumatına görə, qadınlar arasında üzgüçülük yarışında təmsilçimiz Məryəm Şeyxəlizadəxangah 50 m sərbəst üsulla üzmək üzrə təsnifat mərhələsində mübarizəyə başlayıb.

20 yaşlı təmsilçimiz 26.76 saniyə ilə 5-ci təsnifat qrupunda 3-cü olub. 

Qeyd edək ki, təmsilçimiz 79 idmançı arasında 35-ci olaraq mübarizəni dayandırıb.

writer photo
Əlirza Əlirzalı
0