Erməni futbolçunun "Çelsi"yə keçidi baş tutmadı
18.01.2023 - 01:52
Erməni futbolçunun "Çelsi"yə keçidi baş tutmadı

"Dinamo"nun yarımmüdafiəçisi Arsen Zaxaryan bu qış "Çelsi"yə keçməyəcək.

Apasport.az xəbər verir ki, London klubu Rusiya əleyhinə sanksiyalara görə sövdələşməni başa çatdıra bilməyəcək. Bununla belə, mavilərin yarımmüdafiəçini yaxından izləməyə davam edəcəyi qeyd edilir.

Qeyd edək ki, Rusiya millisinin üzvü olan Arsen Zaxaryan son transfer pəncərəsində London klubuna keçməyə yaxın olsa da, tərəflər razılığa gələ bilməyib. Noyabrın sonunda Rusiya ermənisinin "Çelsi" ilə uzunmüddətli müqavilə imzaladığı barədə məlumatlar ortaya çıxmışdı.

writer photo
Əlirza Əlirzalı
0