Ancelotti: "Halandı dayandırmaq üçün..."
09.05.2023 - 18:23
Ancelotti: "Halandı dayandırmaq üçün..."

“Erlinq Halandı dayandırmaq üçün xüsusi  plan hazırlamamışam”.

Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ının baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları “Mançester Siti” ilə oyun öncəsi müsahibəsində deyib.

63 yaşlı İtaliyalı mütəxəssis xüsusilə rəqibin “qol maşını” Erlinq Halandla bağlı heç bir plan qurmadıqlarını bildirib: “Norveçlini dayandırmağın yollarını axtarmırıq. Düşünürəm ki, kompleks şəkildə gözəl oyun sərgiləyən rəqib komandada kimisə fərqləndirsəm, bu Qvardiolanın yetirmələrinə haqsızlıq olar. Bəli, Haland yaxşı futbolçudur. Ancaq hazırda bizim əsas problemimiz formada olan bir komandanı necə məğlub edə biləcəyimizi tapmaqdır”. 

Ançelotti 22 yaşlı hücumçunun ingilis klubunda 46 oyunda 51 qol vurmağını fantastik nəticə olduğunu da vurğulayıb.

Qeyd edək ki, “Real” – “Mançester Siti” matçı bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0