Rail Məlikov: “Neftçi” azarkeşlərin rəyini dəyişmək üçün “Qarabağ”ı udmalıdır”
02.05.2023 - 15:48
Rail Məlikov: “Neftçi” azarkeşlərin rəyini dəyişmək üçün “Qarabağ”ı udmalıdır”

“Çox gərgin və maraqlı qarşılaşma olacaq. “Qarabağ” çempionluğa bir addım da yaxınlaşmaq üçün oynayır”.

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.

38 yaşlı futbol veteranı Misli Premyer Liqasının XXXII turunun bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” matçı barədə fikirlərini açıqlayıb. Vaxtilə Bakı klubunun uğurları üçün çalışan sabiq müdafiəçi görüşün vacibliyini vurğulayıb: “Ağdam klubu “Neftçi” ilə oyuna qələbə üçün çıxacaq ki, xal ehtiyatını artırsın. “Sabah”la xal fərqini daha da artırmaq üçün onlara qələbə lazımdır. “Neftçi” də öz prestijinə görə oynayır. Bakılılar “Qarabağ” kimi güclü rəqibi udmalıdır ki, öz nüfuzunu qaytarsın. Yaxşı və ağır oyun olacaq. Hansı komanda güclüdürsə, o da udsun. “Neftçi” qalib gəlsə də, ikinci pilləyə çata bilmir. Yalnız öz nüfuzu üçün oynamalıdır. Məncə, onlar bunu dərk edir və bu görüşdə maksimum güclərini qoyacaqlar. “Neftçi” üçün əsl prestij matçıdır. Azarkeşlərin də onlara qarşı rəyini dəyişmək üçün “Qarabağ”ı udmalıdır. Bu mənada, çox vacib görüşdür. Necə olacağını isə matç göstərəcək”.

Qeyd edək ki, Məlikov 2007-12-ci illərdə “Neftçi”nin formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0