“Həqiqətən deməyə söz yoxdur. İstənilən tənqidə məruz qalacağıq”.
Apasport.az xəbər verir ki, bunu AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanla qarşılaşan İsveç millisinin kapitanı Viktor Lindelöf yerli mətbuata açıqlamasında deyib.
Müdafiəçi darmadağın olduqları oyun barədə danışarkən məyusluq hissini gizlətməyib: “Bu oyunu necə uduza bilərdik, necə başlamalıydıq? Uğursuzluğun başlanğıcı mənim fərdi səhvim idi. Təsəvvür edin, vəziyyətə nəzarət edirəm və rəqib gəlib topu alır, ardınca qol vurur. Bu, normal deyil - erkən qol buraxmaq komandanı yaxşı vəziyyətə kökləmir. Bundan sonra rəqibin digər oyunçuları sürətlə nüfuz edir və oyunda dönüş yaratmağın çətin olacağı aydındır”.
Qeyd edək ki, Tofiq Bəhramov adına stadionda keçirilən oyunda Azərbaycan İsveçə 3:0 hesabı ilə qalib gəlib.