“Rapid”in qapıçısı: “Vyanada üstün olacağıq”
11.08.2022 - 09:38
“Rapid”in qapıçısı: “Vyanada üstün olacağıq”

“Dolu tribunalara və bizim üçün yaxşı nəticə ilə yekunlaşacaq gərgin oyuna ümid edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun qapıçısı Niklas Hedl Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

21 yaşlı qolkiper Bakıda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, Vyanada bunun əvəzini çıxacaqlarına inanır: “İlk oyunda hücuma çıxışlarda “Neftçi” çox təhlükəli idi. Biz bu vəziyyəti daha yaxşı idarə etməli, müdafiənin etibarlılığını qorumalı və irəlidə şanslar yaratmalıyıq. Bakıda da kifayət imkanlarımız oldu. Düşünürəm ki, Vyanadakı matçda üstün olacağıq, topa daha çox sahib çıxacağıq. Daha sonra rəqib müdafiəsində boşluqlar axtarmaq və onu tapan kimi qol vurmaq lazımdır”.

Hedl doğma arenada çıxış etdikləri üçün azarkeşlərdən dəstək istəyib: “Azarkeş amili çox vacibdir. Ümid edirəm ki, çox azarkeş gələcək və onların dəstəyi ilə hücumlar quracağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək “Rapid” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0