"Real" Mbappe üçün 500 milyon avro xərcləyəcək
17.02.2024 - 16:50
"Real" Mbappe üçün 500 milyon avro xərcləyəcək

"Real" Kilian Mbappe üçün ciddi pul xərcləyəcək.

Apasport.az "AS"a istinadla xəbər verir ki, 25 yaşlı fransızın transferi “kral” klubuna təxminən 500 milyon avroya başa gələcək.

Mənbənin sözlərinə görə, yuxarıda göstərilən məbləğə hücumçunun 5 illik maaşı, həmçinin imza bonusu daxildir.

Mbappenin "Real" transferi cari mövsümün sonunda dəqiqləşəcək. PSJ ilə müqaviləsi iyunun sonunda başa çatacaq forvard azad agent kimi Madrid nəhənginə qoşulacaq. Transfermarkt Kilianın bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.

writer photo
Əlirza Əlirzalı
0