FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, aprel cədvəlində Azərbaycanın 9 zəka sahibi yer alıb.
Ən yaxşı təmsilçimiz Teymur Rəcəbov 2747 xalla dünyada 10-cudur. 1 pillə geriləyən və 16-cı sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 9 xal geri qalır.
Hələ də Azərbaycan adından çıxarılmayan Arkadi Naydiç 60-cı yerdə qərarlaşıb. O, 2676 xala malikdir. 2661 xala malik Qədir Hüseynov 79-cu, 15 xal geri qalan Rauf Məmmədov 98-ci sıradadır.
Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2853.
Qadın şahmatçılarımız arasında ən yüksək pillədə olan Günay Məmmədzadə 2449 xalla 23-cüdür.
Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) isə 96-cı yerdədir.
Qadınların siyahısında çinli Yifen Hou birincidir – 2628 xal.