Regekampf: "Belə olanda xoşuma gəlmir" - VİDEO
10.09.2022 - 20:08
Regekampf: "Belə olanda xoşuma gəlmir" - VİDEO

“İki fərqli hissə izlədik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının VI turunun “Qəbələ” ilə səfər oyunundan sonra mətbuat konfransına qatılıb. O, komandasının 2:1 hesablı əzmkar qələbəsini dəyərləndirib: “İlk hissədə yaşlı insanlar kimi oynadıq. İkinci yarıda lazım olan kimi mübarizə apardıq. İlk 45 dəqiqədə çox səhvlər etdik. Bizim komandada belə olmamalıdır. Sadə oynamalı zaman, sadə oynamırdıq. Özümüz özümüzü çətinə salırdıq. Belə olanda xoşuma gəlmir. Əgər ikinci hissədə qol imkanları vardısa, 3-cü, 4-cünü vurmaq lazım idi. Son dəqiqələrdə hər şey ola bilərdi. Üç xal qazandıq. Amma analiz edəcəyik. Növbəti görüşə konsentrasiya olacağıq”.

Regekampf fasilədə nəyi dəyişdiyini də açıqlayıb: “Fasilədə çox danışmadım. Qərar verməli idim. İki dəyişiklik etdim. Sağ cinahda rəqib hücumlar qururdu. İsmayılı buraxdım. O da ilk qolda assit etdi. Caber də hücumu yaxşı qapadı. Fasilədə dedim ki, hərəkətli olmaq lazımdır. Hamı topu ayağa istəyirdi. Tapşırdım ki, hərəkətli olsunlar, topla oynasınlar”.

Rumıniyalı ilk yarıda səhvlər edən Ömər Buludovu dəyişməsinin səbəbinə aydınlıq gətirib: “Ömər son matçlarda yaxşı oynayırdı. Bu gün ilk yarıda 1, ya 2 səhv etdi. Bilirik ki, hücumda effektli deyil. Bəzən müdafiədə kömək edəcək oyunçu da lazımdır. Düşünürəm ki, gələcəyi olan iki yerli oyunçumuz var. Hər ikisinin bizə köməyi dəyəcək. Qol buraxdığımız üçün dəyişmədim. Məqsəd hücumu gücləndirmək idi. Balansa baxsaq, sol cinahdan heç nə yarada bilmədik. Azər də səviyyəsini saxlamalıdır. Əvvəlki matçlardakı kimi oynamalıdır”.

Qeyd edək ki, “Neftçi” 2:1 hesablı əzmkar qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0