Regekampf: “Bəzən 12-ci futbolçuya qarşı oynamalı olursan”
16.10.2022 - 17:12
Regekampf: “Bəzən 12-ci futbolçuya qarşı oynamalı olursan”

“Çox vacibdir ki, 3 xal qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının X turunun “Kəpəz”lə oyunu barədə fikirlərini matçsonrası mətbuat konfransında açıqlayıb: “Meydança yaxşı deyildi. Otun hündürlüyü yüksək idi. İstədiyimiz kimi oynaya bilmirdik. Top ləng gedirdi. Çox oyunçumuz zədələndi. Bəzi məşqdə cəmi 14 oyunçuyla hazırlıq keçdik. Oyunöncəsi Azər də zədələndi. Bizimlə hazırlıq keçsə də, sonda sıradan çıxdı. Bunları nəzərə alsaq, 3 xal əldə etməyimiz yaxşı oldu”.

Regekampf Bakı və bölgədəki oyunları müqayisə edib: “Hər zaman müsbət hisslər yaradır. İnsanlar oyunlarımıza gəlir, öz komandalarını yaxşı şəkildə dəstəkləyirlər. Bu, bizim oyunu çətinə salır. Hamı bilir ki, azarkeşlər yerli komanda üçün 12-ci oyunçu olur. Bəzən də bu 12-ciyə qarşı oynamalı olursan. Amma yaxşı hisslərdir. Mən azarkeşlər önündə oynamağımızı sevirəm. Ona görə də bu idman növü bütün dünyada çox sevilir”.

Qeyd edək ki, “Neftçi” Gəncə səfərində 2:0 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0