Neymar Amerika kubokunu buraxacaq
20.12.2023 - 09:31
Neymar Amerika kubokunu buraxacaq

Braziliya millisinin və “Əl-Hilal”ın futbolçusu Neymarın Amerika kubokunda oynamayacaq.

Apasport.az xəbər verir ki, bunu yığmanın həkimi Rodriqo Lasmar açıqlayıb.

O bildirib ki, hücumçu ən yaxşı halda 2024-cü ilin avqustunda meydanlara dönəcək. Amerika kuboku isə iyunun 20-dən iyulun 14-dək keçiriləcək.

Qeyd edək ki, Neymar Braziliya millisinin Uruqvayla matçında (0:2) zədələnib.

writer photo
Əlirza Əlirzalı
0