Premyer Liqada yeni müqavilə
05.12.2023 - 12:19
Premyer Liqada yeni müqavilə

İngiltərə Premyer Liqası oyunların yayımı ilə bağlı yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, “Sky Sports” və “TNT Sports”la anlaşmanın ümumi dəyəri 6,7 milyard funt sterlinqdir.

Müqavilə 4 il müddətinə nəzərdə tutulub. 2025-29-cu illərdə “Sky Sports” hər mövsümdə 215 oyunu canlı yayımlaya biləcək. “TNT Sports” isə şənbə günü gündüz saatlarında baş tutan qarşılaşmaları yayımlayacaq. Mövsümdə 52 belə matç keçirilir.

Qeyd edək ki, Premyer Liqa əvvəlki müqavilə ilə müqayisədə 4 faiz atıq qazanc əldə edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0