Regekampfın “Styaua”ya qayıtmasına mane olan 3 SƏBƏB
28.06.2022 - 16:04
Regekampfın “Styaua”ya qayıtmasına mane olan 3 SƏBƏB

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampfın təyinatdan əvvəl başqa variantı olub.

Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, “Styaua” 47 yaşlı mütəxəssisi komandanın sükanı arxasına aparmağı planlaşdırıb.

Lakin Buxarest təmsilçisinin ölkə çempionatının son turlarında parlaq çıxışı prezident Gigi Becalini fikrindən daşındırıb. Klubun çıxışını təhlil edən klub rəhbəri hesab edir ki, son anda hakim səhvləri onların çempionluğuna mane olub. O, komandanın Anton Petreanın rəhbərliyi altında əla futbol sərgilədiyini düşünür.

Regekampfın yolunu kəsən üçüncü səbəb isə maliyyə məsələsi olub. Becali bunu belə əsaslandırıb: “Mənim düşüncəmə görə, baş məşqçimiz bizə çempionluğu qazandırdı. Həmçinin komandanın oyununu da çox bəyənirəm. Belə bir vəziyyətdə niyə məşqçi dəyişim? Ən əsası, niyə 10 min avro verdiyim məşqçini göndərib, 25 minə başqasını gətirim?”

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.

writer photo
Əlirza Əlirzalı
0