100 milyondan imtina 
14.09.2022 - 11:15
100 milyondan imtina 

Yay transfer pəncərəsində reallaşmayan daha bir keçidlə bağlı detallar üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, “Real” futbolçusu Federiko Valverde üçün cəlbedici təklifi rədd edib.

Yarımmüdafiəçinin karyerasını İngiltərədə davam etdirmək variantı olub. “Liverpul” 24 yaşlı uruqvaylı üçün təklif göndərib.

Mersisaydlılar Valverdeyə görə 100 milyon avro verməyə hazır olub. Amma “Real” futbolçusunu satmağa razılaşmayıb.

Qeyd edək ki, Federiko cari mövsümün 7 oyununda 2 qol və 2 assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0