Rəmiş Malıyevə federasiyada VƏZİFƏ VERİLDİ
26.12.2022 - 16:01
Rəmiş Malıyevə federasiyada VƏZİFƏ VERİLDİ

Azərbaycan Pankration, Qrappinq və MMA Federasiyasının Hesabat Konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir 2022-ci ilin yekunlarına həsr olunub.

Federasiya prezidenti Azad Əsgərov əldə olunan uğurlar barədə məlumat verdikdən sonra İdarə Heyəti və növləri üzrə vitse-prezidentlər müəyyənləşib. Rəmiş Malıyev baş katib, Hüseynəli Abbaslı qrapplinq üzrə I vitse-prezident seçilib. Kamil Qocayev qrapplinq, Çingiz Kişiyev MMA, Rəşad Seyfəddinov MMA və pankration üzrə vitse-prezident olub.

Tədbirdə 2022-ci ilin ən yaxşıları da mükafatlandırılıb. Ən yaxşı idmançılar, həmçinin “İlin məşqçisi”, “İlin klubu”, “İlin hakimi” və “İlin Media qurumu” nominasiyaları üzrə qaliblər təltif edilib.
 

writer photo
Əlirza Əlirzalı
0