Renat Dadaşov komandasının qəhrəmanı ola bilmədi
11.12.2023 - 00:12
Renat Dadaşov komandasının qəhrəmanı ola bilmədi

 

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Türkiyə Superliqasında uğursuzluq yaşayıb.

Apasport.az xəbər verir ki, “Hatayspor”un forvardı 15-ci turda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

“Başakşəhər”lə səfər matçında Renatın komandasını məğlubiyyətdən xilas etmək imkanı olub. O, qarşılaşmanın 90+9-cu dəqiqəsində penalti vurmaq hüququ qazansa da, şansını əldən verib. Meydanı xalsız tərk edən “Hatayspor” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, Hatay klubu növbəti tur öz meydanında “Qaziantep”lə üz-üzə gələcək. Oyun dekabrın 16-da keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0