Rəşad Sadıqov: “Uşaq səhvindən buraxılan qol təsir etdi”
18.09.2022 - 22:24
Rəşad Sadıqov: “Uşaq səhvindən buraxılan qol təsir etdi”

“Oyun haqda çox danışılası şey yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Misli Premyer Liqasının VII turunun “Qarabağ”la görüşü barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “İlk hissənin sonunda uşaq səhvindən buraxılan qol təsir etdi. “Qarabağ” bir oyunda 8 epizoddan 7-ni qola çevirirsə, istənilən rəqibi uda bilər. Bir səhv etdik. Sistemi ilk yarıda dəyişdik. Oyun istədiyimiz kimi alınmadı. Bunun əks təsiri oldu. “Qarabağ” belə dəqiq oynayacaqdısa, sistemi dəyişməsəydik də belə olacaqdı. Oyun alınmırdı. Rəqib hücumlarının qarşısını ala bilmirdik. İkinci hissədə üst-üstə buraxılan qolladan sonra komanda qopdu”.

Qeyd edək ki, Zirədə baş tutan qarşılaşmada “Qarabağ” 7:1 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0