Riçard Almeyda 25-ə çatdı
17.04.2023 - 10:33
Riçard Almeyda 25-ə çatdı

Riçard Almeyda Misli Premyer Liqasındakı penalti sayını 25-ə çatdırıb. 

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi buna XXX turda nail olub.

Braziliya əsilli futbolçu “Sabah”la görüşdə (1:2) 11 metrlik nöqtədən dəqiq zərbə endirib. Bu, Almeydanın Azərbaycan çempionatlarında penaltidən 23-cü qolu olub. O, digər iki imkanı qaçırıb.

Qeyd edək ki, Almeyda XXI əsrdə çempionatda ən çox penalti vuran oyunçudur.

writer photo
Əlirza Əlirzalı
0