Jiru: “Hər kəs gücünün 110 faizini meydanda qoymalıdır”
10.05.2023 - 12:39
Jiru: “Hər kəs gücünün 110 faizini meydanda qoymalıdır”

“İnter”ə qarşı matçda futbolçular bütün bacarıqlarını ortaya qoymalıdırlar”.

Apasport.az saytı xəbər verir ki, "Milan"ın hücumçusu Olivye Jiru Çempionlar Liqasının 1/2 final mərhələsinin "İnter"lə ilk oyunundan gözləntilərini açıqlayıb.

Veteran hücumçu komandasına inandığını bildirib: “Derbi həmişə xüsusi matçlardır. Mən komandamızla fəxr edirəm və ümid edirəm ki, biz əla oyun göstərəcəyik. Bu gün hər kəs gücünün 110 faizini meydanda qoymalıdır”.

Qeyd edək ki, "Milan" - "İnter" matçı bu axşam saat 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0