Güləşçimiz qızıl medal şansını itirdi
07.08.2024 - 20:47
Güləşçimiz qızıl medal şansını itirdi

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma son xal prinsipinə görə Həsrətin məğlubiyyəti ilə başa çatıb - 3:3.

Qeyd edək ki, təmsilçimiz sabah bürünc medal üçün yenidən xalça üzərinə çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0