Ronaldu bu göstəricidə 13-cü oldu
02.12.2022 - 19:49
Ronaldu bu göstəricidə 13-cü oldu

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2022-nin qrup mərhələsində Cənubi Koreya ilə matçda meydana çıxıb.

Apasport.az xəbər verir ki, o, dünya çempionatlarında ən azı 20 oyun keçirən 13-cü oyunçu olub.

Siyahıya Lotar Mateus (Almaniya, 25 oyun), Miroslav Kloze (Almaniya, 24 oyun) və Paolo Maldini (İtaliya, 23 oyun) başçılıq edir.

Argentina millisinin hücumçusu Lionel Messi isə dünya çempionatlarında 22 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0